Kanar adalarının hakimiyyəti miqrasiya böhranı ilə bağlı xəbərdarlıq edib
- 16 noyabr, 2026
- 14:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu həftəsonu Kanar adalarına (İspaniya) misli görünməmiş sayda - 30 qayıqda təxminən 4 min miqrant gəlib.
"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təkcə noyabrın 14-ü El-Yerro adasına 1 600 nəfər gəlib. Bununla da 2026-cı ildə Kanar adalarında xilas edilən miqrantların ümumi sayı təxminən 28 minə çatıb. Bu isə əhalisi 12 min nəfərə yaxın olan Kanar adalarına ciddi "miqrasiya təzyiqi" yaradır.
"Son 32 ildə qanunsuz miqrantların gəlişinin qeydə alındığı müddətdə bu cür rəqəmlər müşahidə olunmayıb", - CARMA-nın (Afrika Miqrasiyasının Qəbulu və Tədqiqi Mərkəzi) Prezidenti Mame Şeyk Mbaye bildirib.
Miqrantların bir çoxu Seneqal, Qambiya kimi ölkələrdən gəlib.
Miqrasiya böhranı ilə əlaqədar problemlərin həlli üçün Kanar adaları hökuməti insan və maddi resursların gücləndirilməsinin vacibliyində təkid edir.