Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb

Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb.
Region
30 Mart , 2024 13:26
Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb

Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb.

“Report” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açılış mərasimində Qırğızıstanın Çindəki səfiri Aktilek Musayevanın da iştirak etdiyi vurğulanır.

Diplomat çıxışı zamanı Katibliyin Mərkəzi Asiya ilə Çin arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Katibliyin yaradılması barədə qərar 2023-cü il mayın 18-19-da keçirilmiş “Çin-Mərkəzi Asiya” sammitinin yekunlarına əsasən qəbul edilib. Çin, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan əməkdaşlığın inkişafı üzrə işləri əlaqələndirmək üçün Katibliyin yaradılmasının zəruriliyini qeyd edən Sian Bəyannaməsini imzalayıblar.

Son xəbərlər

Orphus sistemi