Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır
Region
18 Aprel , 2021 20:24
Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Rusiya xarici siyasət idarəsi Çexiyanın addımına sərt etiraz edərək müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.

Qeyd edək ki, Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır.

Son xəbərlər

Orphus sistemi