Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır

Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır Çexiya Rusiya Federasiyası səfirliyinin yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya kəşfiyyatının zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır
Digər ölkələr
127
17 Aprel , 2021 22:34
Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır

Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin birinci müavini, həmçinin xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Yan Qamaçek keçirdiyi mətbuat konfransında bildirib.

"Çex Respublikasının Xarici İşlər Naziri olaraq, xüsusi xidmət orqanlarımız tərəfindən Rusiyanın Praqadakı səfirliyinin həmin ölkənin Xarici Kəşfiyyat İdarəsinin və Baş Kəşfiyyat İdarəsinin zabiti kimi müəyyənləşdirilən bütün əməkdaşlarını ölkədən kənarlaşdırmağa xaric etməyə qərar verdim. Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çex Respublikasını tərk etməlidir", - deyib.

Çexiyanın baş naziri Andrey Babiş isə iddia edib ki, Rusiya kəşfiyyatçıları 2014-cü ildə döyüş sursatı anbarında baş vermiş partlayışla əlaqəli ola bilərlər.

Son xəbərlər

Orphus sistemi