​Cenevrədə Con Kerri ilə Məhəmməd Cavad Zərif görüşəcək

​Cenevrədə Con Kerri ilə Məhəmməd Cavad Zərif görüşəcək Fevralın 25-də isə İran və "altılıq" ölkələri təmsilçiləri İranın atom probleminə dair müzakirəyə başlayacaq
Region
19 Fevral , 2015 14:19
​Cenevrədə Con Kerri ilə Məhəmməd Cavad Zərif görüşəcək

Bakı.19 fevral. REPORT.AZ/ İranın atom-nüvə problemi ilə bağlı Cenevrədə keçiriləcək müzakirələrin yeni raundunda ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edəcək.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidentinin müavini və danışıqlarda ölkəsini təmsil edən nümayəndə heyətinin başçısı Abbas Arakçı bildirib.

Onun sözlərinə görə, fevralın 21-də İranın və "altılıq" ölkələri xarici işlər nazirlərinin müavinləri görüşəcək. Fevralın 22 və 23-də isə müzakirələrə C.Kerri və M.Zərif də qatılacaq.

A.Arakçi deyib ki, fevralın 25-də isə İran və "altılıq" ölkələri təmsilçiləri məsələyə dair müzakirəyə başlayacaq.

Xatırladaq ki, dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham görüş zamanı heç bir sənədin imzalamayacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi