Türkiyə XİN rəhbəri: “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”

Türkiyə XİN rəhbəri: “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb” “Ayrıseçkiliklərə daha dözümümüz qalmayıb”.
Region
163
28 Avqust , 2021 15:54
Türkiyə XİN rəhbəri: “Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”
Mövlud Çavuşoğlu

“Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”.

“Report” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.

“Bölgəmiz və insanlarımız dini, məzhəbi və etnik ayrı-seçkilikdən çox əziyyət çəkib. Bu ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”, - o qeyd edib.

Mövlud Çavuşoğlu bölgədə qalıcı stabillik üçün iqtisadi və inzibati islahatların vacibliyini vurğulayıb:

“Xalqlarımızın rifahı üçün strateji infrastruktur layihələrini gerçəkləşdirməliyik. Təhlükəsizlik olmadan iqtisadi islahatlara nail olmaq mümkün deyil. Bölgəmizdə təhlükəsizliyə ən böyük təhdid terrorçuluqdur. Regional əməkdaşlığı və sülhü zəhərləyən terror təşkilatları ilə geri çəkilmədən mübarizə aparmalıyıq”.

Son xəbərlər

Orphus sistemi