Çanaqqala boğazında gəmidə yanğın olub

Çanaqqala boğazında gəmidə yanğın olub Bölgəyə yanğınsöndürən texnika cəlb olunub
Region
11 Fevral , 2021 17:51
Çanaqqala boğazında gəmidə yanğın olub

Türkiyənin Çanaqqala boğazında İtaliya istiqamətində hərəkət edən “Ro-Ro” gəmisində yanğın olub.

“Report” “Sabah”a istinadən xəbər verir ki, gəminin kapitanı hadisə yerinə yardım çağırdıqdan sonra bölgəyə yanğınsöndürən texnika cəlb olunub.

Bildirilib ki, uzunluğu 193 metr olan “Gallipoli Seaways” adlı gəmidə 22 ekipaj üzvü, 2 sərnişin, 220 avtomobil olub.

Son xəbərlər

Orphus sistemi