Bolnisinin bir sıra kəndlərində sərt karantin ləğv olunur

Bolnisinin bir sıra kəndlərində sərt karantin ləğv olunur Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun bir sıra kəndlərində mayın 19-dan etibarən sərt karantin məhdudiyyətləri götürülür.
Region
289
18 May , 2020 22:00
Bolnisinin bir sıra kəndlərində sərt karantin ləğv olunur

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun bir sıra kəndlərində mayın 19-dan etibarən sərt karantin məhdudiyyətləri götürülür.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, sabahdan Naxiduri (Arıxlı), Parizi (Muğanlı), Tsurtavi (Kolagir), Daba Tamarisi, Xidiskuri (Həsənxocalı), Muxrana (Daşdıqullar), Balaxauri (Sisqala) və Mtsqneti (Əsmələr) kəndlərində karantin rejimi ləğv ediləcək.

Kəndlərdə Gürcüstanda mayın 22-dək davam edən fövqəladə vəziyyət rejimi çərçivəsindəki digər məhdudiyyətlər qüvvədə qalacaq.

Qeyd edək ki, Bolnisinin Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri hələ tam təcrid vəziyyətində qalacaq. 

Son xəbərlər

Orphus sistemi