Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldü

Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldü Bildirilib ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib.
Region
1583
16 Sentyabr , 2020 17:00
Bir gündə Ermənistan ordusunun ikinci hərbçisi öldü
0 : 00
0 : 00

Ermənistanın Qeqarkunik vilayətində “Mercedes” avtomobilinin Sevan gölünə (Göyçə gölünə) düşməsi nəticəsində hərbçi ölüb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib. Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun hərbçisi, kiçik çavuş Ovik Tamazyan da ölüb.

Orphus sistemi