Bidzina İvanişvili: "Gürcüstanda heç bir çevriliş olmayacaq"

Bidzina İvanişvili: "Gürcüstanda heç bir çevriliş olmayacaq" Gürcüstanda heç bir çevriliş olmayacaq. Bu, ağlasığmazdır.
Region
27 Noyabr , 2019 23:49
Bidzina İvanişvili: Gürcüstanda heç bir çevriliş olmayacaq

"Gürcüstanda heç bir çevriliş olmayacaq. Bu, ağlasığmazdır".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili "İmedi" televiziyasına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu gün ölkə müxalifətinin Eduard Şevardnadzenin hakimiyyəti dövründə olduğu kimi dövlət çevrilişi etmə şansı yoxdur: "Eduard Şevardnadzenin zəif komandası vardı. "Gürcü Arzusu" isə kifayət qədər güclüdür".

B.İvanişvili birləşmiş müxalifətdə təmsil olunanları müflisləşmiş siyasətçilər adlandırıb.

Partiya sədri deyib ki, proporsional seçki sisteminə keçidin baş tutmamasında dramatik heç nə yoxdur: "Siyasətçinin söz verib və onu yerinə yetirməməsi ilə bağlı dünya təcrübəsi var. Prosesləri küçəyə çıxarmağa ehtiyac yoxdur".

Son xəbərlər

Orphus sistemi