Beynəlxalq müşahidə missiyası Gürcüstandakı prezident seçkilərinin ikinci turu ilə bağlı rəyini açıqlayıb

Beynəlxalq müşahidə missiyası Gürcüstandakı prezident seçkilərinin ikinci turu ilə bağlı rəyini açıqlayıb Tbilisi. 29 noyabr. REPORT.AZ/ Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunu müşahidə etmiş beynəlxalq müşahidə missiyası rəyini açıqlayıb.
Region
29 Noyabr , 2018 15:53
Beynəlxalq müşahidə missiyası Gürcüstandakı prezident seçkilərinin ikinci turu ilə bağlı rəyini açıqlayıb
0 : 00
0 : 00

Tbilisi. 29 noyabr. REPORT.AZ/ Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunu müşahidə etmiş beynəlxalq müşahidə missiyası rəyini açıqlayıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, müşahidə missiyası ikinci turun yaxşı təşkil edildiyini və rəqabətli olduğunu bildirib.

ATƏT-in xüsusi koordinatoru Kristian Vigenin deyib ki, prezidentliyə namizədlər azad şəkildə seçkiöncəsi kampaniya apara biliblər: “Lakin prosesə xələl gətirən neqativ halları da qeyd etməliyik. Bunlara kəskin ritorika, inzibati resurslardan sui-istifadə, güclü polyarizasiya və digər hallar daxildir”.

Missiya seçkilərin ikinci turunda seçici fəallığının yüksək olmasını müsbət qiymətləndirib, lakin eyni zamanda bunun seçicilərin mümkün qorxudulması hallarına yol verilməsi ilə bağlı şübhələrin gücləndirdiyini qeyd edib.

Beynəlxalq müşahidə missiyasına ATƏT, AŞPA, və Avropa Parlamentinin nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi