Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru İsrailə gəlib

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru İsrailə gəlib Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsraildə səfərdədir.
Region
30 Noyabr , 2023 17:35
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru İsrailə gəlib

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsraildə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Kərim Xan oktyabrın 7-də baş vermiş hücumlardan sağ qalanların və qurbanların ailələrinin xahişi ilə İsrailə gəlib”, - məlumatda qeyd olunub.

O, daha sonra Ramallaha səfər edəcək və orada Fələstin rəsmiləri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi