Belarusda təqaüdçülərin qatili barəsində ölüm hökmü çıxarıldı

Belarusda təqaüdçülərin qatili barəsində ölüm hökmü çıxarıldı Minsk Vilayət Məhkəməsi 2020-ci ilin əvvəlindən ikinci ölüm hökmü çıxarıb.
Region
6 Mart , 2020 16:42
Belarusda təqaüdçülərin qatili barəsində ölüm hökmü çıxarıldı

Minsk Vilayət Məhkəməsi 2020-ci ilin əvvəlindən ikinci ölüm hökmü çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun “Vesna” hüquq müdafiə təşkilatı məlumat yayıb.

Bildirilib ki, Minsk Vilayət Məhkəməsi Slusk rayonunda keçirdiyi səyyar məhkəmə iclasında “slusk bandası”nın üzvü Viktor Skrundik barədə ölüm hökmü çıxarıb. Bu cinayətkar qrup 79 və 94 yaşlı təqaüdçülərin qətlində, 85 yaşlı qadına sui-qəsddə təqsirli biliniblər. İttiham aktına əsasən, müttəhimlər cinayəti 2019-cu ilin yanvarında törədiblər. 

Dəstənin daha iki üzvü Vitali Myatej 22 il, Valentin Buşnin isə 18 il azadlıqdan məhrum olunublar.

Minsk Vilayət Məhkəməsinin qərarından Belarusun Ali Məhkəməsinə şikayət edilə bilər. 

Son xəbərlər

Orphus sistemi