Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb

Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb Bu gün Belarusun cənub-şərqində yerləşən Brest şəhərində hərbi təlimlər başlayıb.
Region
26 May , 2022 12:22
Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb

Bu gün Belarusun cənub-şərqində yerləşən Brest şəhərində hərbi təlimlər başlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Brest Şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Roqaçuk bildirib.

Onun sözlərinə görə, təlimlərə helikopter və qırıcılar da cəlb olunub.

Qeyd edək ki, təlimlərin keçirildiyi yer Ukrayna sərhədindən 60 km aralıda - Polşa sərhədi yaxınlığındadır.

Son xəbərlər

Orphus sistemi