Belarus “Şərq Tərəfdaşlığı” təşəbbüsündəki iştirak səviyyəsini azaldıb

Belarus “Şərq Tərəfdaşlığı” təşəbbüsündəki iştirak səviyyəsini azaldıb Belarus Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirak səviyyəsini ekspert səviyyəsinə qədər endirib
Region
17 Noyabr , 2020 17:34
Belarus “Şərq Tərəfdaşlığı” təşəbbüsündəki iştirak səviyyəsini azaldıb

Belarus Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirak səviyyəsini ekspert səviyyəsinə qədər endirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey deyib.

“Bu təşəbbüs çərçivəsində bir sıra infrastruktur, regionlararası layihələri siyasiləşdirməyə cəhd göstərildiyini görürük”, - “Sputnik” agentliyi nazirdən sitat gətirib.

Belarus hökuməti həmçinin rəsmi Brüssel ilə insan hüquqları mövzusunda dialoqu davam etdirməkdən imtina edib.

“Biz həssas məsələləri müzakirə etməkdən heç vaxt imtina etməmişik. Ancaq bu gün bu məsələlərin tamamilə siyasiləşdirildiyini görürük. Buna görə də Aİ ilə insan haqları mövzusunda dialoqun davam etdirilməsində heç bir məna görmürük”, - o söyləyib.

Son xəbərlər

Orphus sistemi