Lukaşenko: "Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"

Lukaşenko: "Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir" O, hər iki dövlətin müstəqilliyini əldə etməsindən sonra ilk dəfədir Gürcüstana səfər edir
Region
23 Aprel , 2015 15:46
Lukaşenko: Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 23 aprel. REPORT.AZ/ "Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir". "Report" "TASS"a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu məsələdə Belarusun mövqeyi dəyişməz olaraq qalır.

"Əks halda mən Gürcüstana gəlməzdim", - o vurğulayıb.

Xatırladaq ki, A.Lukaşenko hər iki dövlətin müstəqilliyini əldə etməsindən sonra ilk dəfədir Gürcüstana səfər edir.

O, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, parlamentin sədri David Usupaşvili və Gürcüstanın patriarxı II İlya ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi