Bakı. 16 sentyabr. REPORT.AZ/ Leysan nəticəsində Gürcüstanın Qara dəniz sahillərində yerləşən Batumi şəhərini su basıb.
"Report" "Sputnik-georgia"ya istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrini su basdığından hərəkət məhdudlaşıb.
Hazırda yağış kəsilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət müşahidə edilir.