Baş nazir: "İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq"

Baş nazir: "İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq" Bakı. 22 noyabr. REPORT.AZ/ İraq hökuməti ölkənin şimalında yerləşən Kərkük bölgəsindəki neft yataqlarından hasil olunan “qara qızıl”ın Türkiyənin cənubundakı Ceyhan limanına nəqlini artırmaq niyyətindədir.
Region
22 Noyabr , 2018 10:06
Baş nazir: İraq Kərkükdən Ceyhan limanına neft ixracını artıracaq
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ İraq hökuməti ölkənin şimalında yerləşən Kərkük bölgəsindəki neft yataqlarından hasil olunan “qara qızıl”ın Türkiyənin cənubundakı Ceyhan limanına nəqlini artırmaq niyyətindədir.

“Report” “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Adil Əbdülmehdi bildirib.

“Kərkük nefti İraqın şimalında Kürd Regional Administrasiyasının ərazisindən keçərək ixrac edilməyə başlayıb. Hazırda Kərkükdə gündə 60 min barell neft hasil olunur. Onun həcmini 100 min barrelədək artırmağı planlaşdırırıq”, - baş nazir vurğulayıb.

O əlavə edib ki, İraqın mərkəzi hökuməti ilə Kürd Regional Administrasiyası arasında “dostluq münasibəti qurulub”.

Qeyd edək ki, 2014-cü ildə Kərkükü terrorçu İŞİD-dən qorumaq bəhanəsi ilə kürd silahlıları bu bölgəni ələ keçirmişdi. Üç il ərzində Kürd Regional Administrasiyası oradakı neft yataqlarına nəzarət edib. Ötən il isə mərkəz hakimiyyət Kərkükə nəzarəti bərpa edib.

Son xəbərlər

Orphus sistemi