Tbilisi. 23 yanvar. REPORT.AZ/ “NATO-ya üzv olmaq Gürcüstanın əsas arzusudur və biz bu istəyə tam sadiqiq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ABŞ-ın “CNBC TV” kanalına müsahibəsində deyib.
O bildirib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti NATO-ya inteqrasiyanı dəstəkləyir: “Gürcüstan NATO və
M.Baxtadze qeyd edib ki, Gürcüstanın məqsədi regionda iqtisadi qovşağa çevrilməkdir: “Gürcüstan coğrafi mövqeyi baxımından iqtisadi hab olmağa “təbii namizəd”dir. Ölkəmiz dənizə çıxışı olmayan səkkiz ölkə üçün darvaza rolunu oynayır. Bu ölkələrin əhalisi 100 milyon insana yaxındır və dünyanın ən sürətlə inkişaf edən istehlakçı bazarlarıdır”.