Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər

Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasında (AES) nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu bildirib.
Region
27 Avqust , 2024 16:42
Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasında (AES) nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu bildirib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu o, Rusiyanın Kurçatov şəhərinə səfəri zamanı deyib.

R.Qrossi bildirib ki, o, rusiyalı ekspertlərlə birlikdə nüvə insidentinin qarşısının alınmasının yollarını təhlil edəcək: “Bu gün mənə Kursk Atom Zavodunun ərazisinə və obyektlərinə bir neçə dron zərbəsi barədə məlumat verilib. Stansiyada olarkən bu zərbələrin izlərini gördüm”.

O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti və BAEA-nın Ukraynadakı mövcudluğunun genişləndirilməsi məsələsini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi