Azərbaycan Gürcüstanla pandemiya ilə mübarizə tədbirlərini müzakirə edib

Azərbaycan Gürcüstanla pandemiya ilə mübarizə tədbirlərini müzakirə edib Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə gürüstanlı nazirlə görüşüb
Region
31 Mart , 2021 21:09
Azərbaycan Gürcüstanla pandemiya ilə mübarizə tədbirlərini müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə Gürüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze arasında görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün gündəlikdə olan məsələlər müzakirə olunub.

Tərəflər həmçinin COVID-19 pandemiyasının qarşısının alınması ilə bağlı hər iki ölkədə aparılan qabaqlayıcı tədbirlər, o cümlədən əhalinin vaksinasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə gündəlikdə duran məsələlərin icrası ilə bağlı görüşlərin bundan sonra daha sıx keçirilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi