Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib

Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinə 2005-ci il oktyabrın 3-də başlanılıb
Region
24 Noyabr , 2016 15:39
Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib

Bakı. 24 noyabr.REPORT.AZ/ Avropa parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqqında qərar qəbul edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 479, əleyhinə isə 37 səs verilib, 107 depuatat isə tərəfsiz qalıb.

Məlumata görə, Avropa İttifaqı Şurası noyabrın 23-də məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, parlamentdə müzakirələrin dayandırılmasına səs verilsə belə bunun hüquqi əsası olmayacaq.

Xəbərdə bildirilib ki, dekabrın 15-16-da Avropa İttifaqı Şurasının toplantısı keçiriləcək. Bu toplantıda qəbul olunacaq qərar Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı müzakirələrin taleyini həll edəcək.

Qeyd edək ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinə 2005-ci il oktyabrın 3-də başlanılıb. 

Son xəbərlər

Orphus sistemi