Avropa Məhkəməsi Beslan hadisələrinə görə Rusiyanı 3 milyon avro cərimələyib

Avropa Məhkəməsi Beslan hadisələrinə görə Rusiyanı 3 milyon avro cərimələyib Həmin əməliyyat nəticəsində 186-sı uşaq omaqla 334 nəfər ölmüşdü
Region
13 Aprel , 2017 12:48
Avropa Məhkəməsi Beslan hadisələrinə görə Rusiyanı 3 milyon avro cərimələyib

Bakı. 13 aprel. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsi Beslan hadisələrindən zərərçəkən ailələrə Rusiyanın 2 milyon 955 min avro məbləğində mənəvi ziyan ödəməsi haqqında qərar qəbul edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsinin saytında məlumat yerləşdirilib.

Xəbərdə bildirilib ki, Rusiyanın xüsusi təyinatlıları Beslanda keçirdikləri əməliyyat zamanı insanların yaşama haqlarını pozub.

Məlumata görə, həmin hadisə zamanı övladlarını itirən analar Avropa İnsan Haqları Məhkəməsinə bununla bağlı müraciət ediblər.

Xəbərdə qeyd olunub ki, məhkəmə “Beslan anaları” təşəbbüs qrupunun şikayətinə baxıb. Quruma 409 nəfər ərizə ilə müraciət edib. Məhkəmənin ilk iclası 2014-cü ildə keçirilib.

Qeyd edək ki, 2004-cü il sentyabrın 1-də bir qrup silahlı Şimali Osetiyanın Beslan şəhərində məktəbə hücum edərək 1128 nəfəri girov götürmüşdü. Hadisədən iki gün sonra Rusiya xüsusi təyinatlıları girovların azad edilməsi istiqamətində əməliyyat keçirmişdi. Həmin əməliyyat nəticəsində 186-sı uşaq omaqla 334 nəfər ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi