Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb

Region
  • 25 oktyabr, 2021
  • 12:11
Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb

Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı çərçivəsində 600 milyon avro məbləğində pulun ikinci tranşını verib.

“Report” UNN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Bu gün, oktyabrın 25-də Ukrayna Avropa İttifaqından makromaliyyə yardımının 600 milyon avro məbləğində maliyyə yardımını alıb”, - nazirlikdən bildirilib.

Məlumata görə, Ukrayna 2036-cı ilin aprel ayınadək bu məbləği Avropa İttifaqına 0,250 faizlə qaytaracaq.

Nazirlikdən vurğulanıb ki, bu maliyyə dövlət büdcəsinin tələblərinə və Ukraynanın dövlət büdcəsinin təlabatının azaldılmasına xərclənəcək.

Ukraynanın 5 makromaliyyə proqramının reallaşması çərçivəsində Avropa İttifaqından 2014-2021-ci illərdə aldığı yardımın məbləği 5,01 milyard avroya çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti