Atatürk hava limanında qəza nəticəsində 9 nəfər yaralanıb

Atatürk hava limanında qəza nəticəsində 9 nəfər yaralanıb Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk beynəlxalq hava limanında xidməti maşınla aeroport əməkdaşlarını daşıyan mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
Region
131
4 Noyabr , 2018 16:52
Atatürk hava limanında qəza nəticəsində 9 nəfər yaralanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk beynəlxalq hava limanında xidməti maşınla aeroport əməkdaşlarını daşıyan mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, əraziyə dərhal polis əməkdaşları, yanğınsöndürənlər və "təcili yardım" briqadası cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Bundan əvvəl Paris aeroportunda iki təyyarə toqquşub.

Son xəbərlər

Orphus sistemi