Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin İstintaq şöbəsinə aparılıb - YENİLƏNİB

Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin İstintaq şöbəsinə aparılıb - YENİLƏNİB
Region
464
8 Avqust , 2019 19:40
Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin İstintaq şöbəsinə aparılıb - YENİLƏNİB

Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin əsas İstintaq şöbəsinə aparılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, şöbədə A.Atambayevin əməlyyat zamanı hərbçilərin girov götürülməsi və Koy-Taş kəndində "Alfa" bölməsinin komandirinin müavininin öldürülməsi faktına görə dindirməsi gözlənilir.


***17:30

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o, özü polisə təslim olub.

Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.