Antalya və ətrafdakı meşə yanğınlarında ölənlər var - YENİLƏNİB

Antalya və ətrafdakı meşə yanğınlarında ölənlər var - YENİLƏNİB Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.
Region
29 İyul , 2021 18:34
Antalya və ətrafdakı meşə yanğınlarında ölənlər var - YENİLƏNİB
0 : 00
0 : 00

Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 3 nəfər ölüb, 77 ev isə yararsız vəziyyətə düşüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murad Kurumla birgə mətbuat konfransında bildirib.

B.Pakdəmirli yanğınlar səbəbilə 6000 ha əkin sahəsinin, 500 ha otlaq sahəsinin yarasız hala düşdüyünü bildirib. Xeyli mal-qaranın tələf olduğu da qeyd edilib.

Antalya əyalət səhiyyə müdiri Ünal Hülür yanğınlardan zərər çəkmiş 183 nəfərin xəstəxanalara müraciət etdiyini, 15 nəfərin hazırda müalicəsinin davam etdiyini açıqlayıb.

11:02

Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayı 62 nəfərə çatıb.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Daha əvvəl Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli 53 nəfərin zərər çəkdiyini bildirmişdi.

Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi