Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş başlayıb

Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş başlayıb Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə başlayıb.
Region
25 May , 2022 15:13
Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş başlayıb

Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə başlayıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Prezidentin sözçüsü İbrahim Qalın və xarici işlər nazirinin müavini Sədat Önal, İsveçin heyətinə hökumət ofisinin dövlət katibi Oskar Stenstrom, Finlandiyanın təmsilçilərinə isə Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başçılıq edirlər.

Məlumata görə, görüşdə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair məsələlər müzakirə olunur.

Bildirilib ki, toplantının sonunda yazılı açıqlama yayılacaq.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə etiraz edir. Rəsmi Ankara üzv olmaq istəyən bu iki dövlətdən terrorçu PKK qruplaşmasını himayə etməyəcəkləri ilə bağlı yazılı öhdəlik istəyir.

Son xəbərlər

Orphus sistemi