Bakı. 17 fevral. REPORT.AZ/ Ankarada partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, 61 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyən baş nazirinin müavini Numan Kurtulmuş məlumat verib.
***22:40
Ankarada partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, terror aktı nəticəsində 45 nəfər yaralanıb.
***21:35
Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İlkin məlumatlara görə, bomba yataqxana yaxınlığında dayanmış avtomobildə yerləşdirilib.