Ərdoğanla Angela Merkel arasında görüş olub

Ərdoğanla Angela Merkel arasında görüş olub Almaniya kansleri Angela Merkel artıq Türkiyədədir.
Region
16 Oktyabr , 2021 15:00
 Ərdoğanla Angela Merkel arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya va qaçqınlar problemi müzakirə olunub.

Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar, həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar.

Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

13:18

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb.

“Report” xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Liviya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, A.Merkelin Türkiyəyə səfəri müxtəlif ölkələrə vida ziyarətləri çərvicəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi