Angela Merkel Türkiyəyə gəlir

Angela Merkel Türkiyəyə gəlir Almaniyanın kansleri Angela Merkel oktyabrın 16-da Türkiyəyə səfər edəcək.
Region
8 Oktyabr , 2021 14:09
Angela Merkel Türkiyəyə gəlir

Almaniyanın kansleri Angela Merkel oktyabrın 16-da Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı "CNNTurk" yayıb.

A.Merkel Almaniyada 16 il iqtidarda olub.

Qeyd edək ki, sentyabrın 26-da Almaniyada parlament seçkiləri keçirilib. Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib. Angela Merkelin əvvəllər sədri olduğu Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı (XDİ/XSİ) bloku 24,1 faizlə ikinci olub. Sonrakı yerləri “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) tutublar.

Son xəbərlər

Orphus sistemi