Amerikalı ekspert: “Yaxın Şərq Türkiyə ilə İranın əməkdaşlığından faydalanacaq”

Amerikalı ekspert: “Yaxın Şərq Türkiyə ilə İranın əməkdaşlığından faydalanacaq” "Türkiyə və İran ortaq maraq kəsb edən məsələlərdə dil tapsa və əməkdaşlıq edərsə, Yaxın Şərq bundan faydalanacaq. Üstəlik, bu, Cənubi Qafqaz regionuna da yaxşı təsir göstərəcək".
Region
8 Sentyabr , 2023 15:10
Amerikalı ekspert: “Yaxın Şərq Türkiyə ilə İranın əməkdaşlığından faydalanacaq”

"Türkiyə və İran ortaq maraq kəsb edən məsələlərdə dil tapsa və əməkdaşlıq etsə, Yaxın Şərq bundan faydalanacaq. Üstəlik, bu, Cənubi Qafqaz regionuna da yaxşı təsir göstərəcək".

Bunu “Report”a açıqlamasında Oksford Universitetinin baş elmi işçisi, Amerika-İran Şurasının prezidenti Huşan Əmirəhmədi deyib.

Onun sözlərinə görə, İran və Türkiyə Yaxın Şərq regionunda ən önəmli iki aktordur. Onlar liderlik ambisiyaları olan böyük, tarixi əhəmiyyətli dövlətlərdir: "Ərəb dünyası, kürdlər, İsrail, Pakistan və Əfqanıstan kimi məsələlərdə Türkiyə və İran arasında mürəkkəb münasibətləri müsbət istiqamətə yönəltmək xüsusilə xarici qüvvələrin, o cümlədən ABŞ və Rusiyanın müdaxiləsi nəticəsində çox vaxt çətin olub".

Bununla belə, professorun sözlərinə görə, iki ölkə böyük dövlətlərin intriqalarına baxmayaraq, münasibətlərdəki gərginliyi azaltmaq üçün hər cür səy göstərir.

Politoloq Cənubi Qafqazda regional təhlükəsizlik baxımından Türkiyə ilə İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulayıb: "Mən region ölkələri arasında istənilən əməkdaşlıq sxemini dəstəkləyirəm. Məsələn, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutan “3+3” formatını. Amma Azərbaycanla Ermənistan, eləcə də Rusiya ilə Gürcüstan arasında mövcud olan böyük problemləri nəzərə alsaq, bu formatı həyata keçirmək çox çətindir. Buraya İranla Azərbaycan arasında təhlükəsizlik məsələləri də daxildir".

H.Əmirəhmədi qeyd edib ki, tərəflər kompromis yol tapa bilsələr, bu sxem şübhəsiz ki, bütün maraqlı tərəflərin mənafeyinə xidmət edəcək, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərdə gərginliyin azalmasına yardım göstərəcək: "Bu formatda əməkdaşlıq Bakı ilə Tehran arasında əlaqələrə də müsbət təsir edəcək. Bu da öz növbəsində, sülhün və regional sabitliyin möhkəmlənməsinə töhfə verə bilər".

Son xəbərlər

Orphus sistemi