Bakı. 18 may. REPORT.AZ/ Almaniya Türkiyənin İncirlikdəki hərbi bazasından hərbçilərini çıxarmaq istiqamətində fəaliyyətə başlayıb.
“Report” “Die Welt” qəzetinə istinadə xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi İncriliyə 8 alternativ yer müəyyənləşdirib.
Qəzet yazıb ki, Türkiyədəki bazada Almaniyanın 260 hərbçisi xidmət edir. Məlumata görə, nazirlik İrodaniya, Küveyt və Kiprin yunanlara aid hissəsində hərbi baza üçün yerlər müəyyənləşdirib.