Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq

Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın ikinci prezidenti Robert Köçəryanın cinayət işinə baxan və sonradan vəzifəsindən kənarlaşdırılan hakim Anna Danibekyanın müraciətini alıb.
Region
10 Yanvar , 2025 11:56
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın ikinci prezidenti Robert Koçaryanın cinayət işinə baxan və sonradan vəzifəsindən kənarlaşdırılan hakim Anna Danibekyanın müraciətini alıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, AİHM müraciətə prioritet qaydada baxacaq.

2024-cü ilin iyulunda Ermənistanın Ali Məhkəmə Şurası hakimin səlahiyyətlərinə xitam verib. Şuranın sədri Karen Andreasyan bildirib ki, o, Koçaryanın işi üzrə məhkəmə prosesini qəsdən yubatdığına görə vəzifəsindən kənarlaşdırılıb. Keçmiş ədliyyə naziri Qriqor Minasyan isə Danibekyanı "hakimin davranış qaydalarını kobud şəkildə pozmaqda" ittiham edib.

Maraqlıdır ki, Danibekyana qarşı intizam araşdırması 2024-cü ilin fevralında Ermənistan İctimai Televiziyasında efirə gedən reportajdan sonra başlayıb. Məhkəmə departamentinin hazırladığı videomaterialda Koçaryanın cinayət işi də daxil olmaqla rezonans doğuran işlərin uğursuzluğa uğramasında ittiham olunan hakimlərin adları çəkilirdi.

Qeyd edək ki, ötən ilin sentyabrında Ermənistanda keçmiş prezident barəsində yenidən cinayət işi başladılıb. O, iş adamı Silva Ambartsumyandan 3 milyon dollar rüşvət almaqda ittiham olunurdu.

Son xəbərlər

Orphus sistemi