AİB və İran azad ticarət zonası barədə saziş imzalayacaq

AİB və İran azad ticarət zonası barədə saziş imzalayacaq “Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında ticarət dövriyyəsi son üç ildə iki dəfə artıb”.
Region
4 Dekabr , 2023 22:45
AİB və İran azad ticarət zonası barədə saziş imzalayacaq

“Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında ticarət dövriyyəsi son üç ildə iki dəfə artıb”.

“Report” xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnyov deyib.

“Bu ayın sonuna kimi demək olar bütün ticarətin rüsumsuz olacağını və qeyri-tarif maneələrinin də azaldılmasını nəzərdə tutan tamformatlı saziş imzalanacaq”, - o bildirib.

A.Slepnyov həmçinin xatırladıb ki, 2019-cu ilin oktyabr ayından etibarən AİB və İran arasında müvəqqəti güzəştli ticarət sazişi qüvvədədir, ona əsasən də məhdud çeşiddə mallar üçün qarşılıqlı ticarətdə rüsumlar azaldılır və ya ləğv edilir.

Xatırladaq ki, AİK-nın qiymətləndirməsin görə, 2026-cı ilə qədər qarşılıqlı ticarətin dəyərinin 100 milyard ABŞ dollarına qədər artacağı proqnozlaşdırılır. Bundan əlavə, ekspert proqnozlarına görə, 2024-2025-ci illərdə AİB-nin ümumi ÜDM-inin artım tempi müvafiq olaraq 2,5% və 2,7% təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi