Aİ siyasi gərginliklə bağlı Gürcüstana xüsusi nümayəndə göndərir

Aİ siyasi gərginliklə bağlı Gürcüstana xüsusi nümayəndə göndərir Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isveçli diplomat Kristian Danielsonu Gürcüstana şəxsi nümayəndəsi kimi göndərir
Region
125
9 Mart , 2021 09:09
Aİ siyasi gərginliklə bağlı Gürcüstana xüsusi nümayəndə göndərir
Kristian Danielson

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isveçli diplomat Kristian Danielsonu Gürcüstana şəxsi nümayəndəsi kimi göndərir.

“Report”un yerli bürosu xəbər verir ki, o, Aİ-nin vasitəçiliyi ilə Gürcüstanda aparılan siyasi dialoqun dəstəklənməsində iştirak edəcək.

K.Danielson yaxın günlərdə Gürcüstana səfər edəcək və ölkədə hazırkı siyasi gərginliyin aradan qaldırılması üçün Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsellə əməkdaşlıq edəcək.

Qeyd edək ki, fevralın 23-də müxalif Vahid Milli Birlik Hərəkatının sədri Nika Meliyanın həbsindən sonra Gürcüstanda siyasi gərginlik hökm sürür. Ş.Mişelin təşəbbüsü və iştirakı ilə martın 1-də Gürcüstanda iqtidar və müxalifət arasında dialoq aparılıb.

Son xəbərlər

Orphus sistemi