Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

Region
  • 05 fevral, 2018
  • 16:28
Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

Bakı. 5 fevral. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində Türkiyənin daha bir hərbçisi şəhid olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Məlumatda türkiyəli hərbçinin Afrinin Kuri Tepe bölgəsinə terrorçular tərəfindən atılan mərminin partlaması nəticəsində həyatını itirdiyi qeyd olunub.