Acarıstan hökumətinin sədri vəzifəsini tərk edib

Acarıstan hökumətinin sədri vəzifəsini tərk edib Tornike Rijvadze Acariya Muxtar Respublikası hökumətinin sədri vəzifəsini tərk edib
Region
4 aprel 2025 10:43
Acarıstan hökumətinin sədri vəzifəsini tərk edib
Tornike Rijvadze

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Başçısı Tornike Rijvadze uzun müddət rəhbərlik etdiyi vəzifədən istefa verdiyini açıqlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

T.Rijvadze qərarını verdikdən sonra qeyd edib ki, yeddinci ildir bu vəzifədə fəaliyyət göstərir və artıq yeniliyə ehtiyac duyur.

Tornike Rijvadze “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşviliyə dəstək göstərdikləri üçün təşəkkür edib. O, həmçinin Acarıstan əhalisinə göstərdikləri güvənə görə xüsusi təşəkkürünü bildirib.

Rijvadze gələcəkdə də “Gürcü Arzusu” Partiyasının sadiq əsgəri olaraq qalacağını vurğulayıb və qarşıda daha böyük qələbələrin olduğuna inandığını qeyd edib.

Orphus sistemi