ABŞ və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri təhlükəsizliyi müzakirə ediblər

ABŞ və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri təhlükəsizliyi müzakirə ediblər ABŞ dövlət katibi Entoni Blinken və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Vaşinqtonda keçirilən görüşdə təhlükəsizlik və iqtisadi əməkdaşlığı müzakirə ediblər.
Region
25 Aprel , 2023 05:22
ABŞ və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri təhlükəsizliyi müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Vaşinqtonda keçirilən görüşdə təhlükəsizlik və iqtisadi əməkdaşlığı müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedanta Patelin yaydığı yazılı bəyanatda deyilib.

Sənədə əsasən, Blinken və Meredov “regionda baş verən hadisələr, təhlükəsizlik sahəsində əməkdaşlıq və iqtisadi imkanlar sahəsində tərəfdaşlıq haqqında” danışıblar. ABŞ xarici siyasət idarəsinin rəhbəri “ABŞ-nin Türkmənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini” vurğulayıb.

“Dövlət katibi iqlim böhranı ilə mübarizə üçün metan emissiyalarının azaldılmasının vacibliyini qeyd edib və neft-qaz sektorundan metan emissiyalarını sürətlə azaltmaq üçün Türkmənistanla işləmək imkanlarını vurğulayıb", - Patel bildirib.

Blinken və Meredov "mədəni və təhsil sahələrində tərəfdaşlıq məsələlərini", o cümlədən "Türkmənistanda insan hüquqlarına və işçilərin hüquqlarına hörmət" baxımından vəziyyəti yaxşılaşdırmaq məsələlərini müzakirə ediblər. Bundan əlavə, onlar “əfqan qadın və qızlarının hüquqlarını qorumaq” səylərindən danışıblar.

Son xəbərlər

Orphus sistemi