ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır
Region
365
15 Fevral , 2021 18:12
ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, məlumatı nazirlik yayıb.

Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır.

"ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq PKK-nın törətdiyi qətliamla bağlı Dövlət Departamentinin açıqlamasında əksini tapan fikirlərə etiraz sərt şəkildə onun diqqətinə çatdırılıb", - Nazirlikdən bildirilib.

Qeyd edək ki, fevralın 14-də İraqın Qara bölgəsində PKK terrorçuları Türkiyənin 13 vətəndaşını qətlə yetirib. Hadisədən sonra ABŞ Dövlət Departamenti Türkiyənin müvafiq qurumlarının məlumatlarını şübhə altına alan açıqlama yayıb: “Əgər türkiyəli mülki şəxslərin ölümünün PKK terror təşkilatı tərəfindən gerçəkləşdirildiyi xəbərləri təsdiqini taparsa, bunu mümkün ola biləcək ən sərt şəkildə pisləyəcəyik”.

Son xəbərlər

Orphus sistemi