ABŞ Prezidentinin müşaviri: “İran potensial olaraq Ukraynadakı hərbi cinayətlərdə şərik ola bilər”

ABŞ Prezidentinin müşaviri: “İran potensial olaraq Ukraynadakı hərbi cinayətlərdə şərik ola bilər” “İran potensial olaraq Ukraynadakı hərbi cinayətlərdə şərik ola bilər”.
Region
9 Yanvar , 2023 23:52
ABŞ Prezidentinin müşaviri: “İran potensial olaraq Ukraynadakı hərbi cinayətlərdə şərik ola bilər”

“İran potensial olaraq Ukraynadakı hərbi cinayətlərdə şərik ola bilər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı İrana iqtisadi təzyiqlərini artıracaq:

“Biz özümüz həm Rusiya, həm də İrandakı təşkilatlara bu cür əməliyyatları çətinləşdirmək üçün bir sıra müxtəlif sanksiyalar tətbiq etmişik. Ukraynada mülki insanların öldürülməsi üçün bu cür silahlardan istifadə edilir. Odur ki, İranın xərclərini artırmaq üçün müxtəlif vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”- deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi