ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib

ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib “ABŞ Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra onunla davranışı yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək q
Region
19 Noyabr , 2021 09:38
ABŞ Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib
Mixeil Saakaşvili

“ABŞ Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra onunla davranışı yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

“Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, - sənəddə deyilir.

ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hökumətini sabiq prezidentin bütün məhkəmə dinləmələrində iştirakını təmin etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda həbsdə olan sabiq dövlət başçısının ötən gün vəziyyəti pisləşib. Noyabrın 8-də yerləşdirilyidi Tbilisinin Qldani həbsxanasının klinikasında yıxılaraq huşunu itirən siyasətçinin vəziyyəti reanimasiya tədbirləri nəticəsində sabitləşdirilib.

Son xəbərlər

Orphus sistemi