ABŞ-Rusiya danışıqlarının tarixi açıqlanıb
Region
- 30 dekabr, 2021
- 08:52
ABŞ-la Rusiya arasında danışıqlar 2022-ci il yanvarın 10-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.
Məlumata görə, görüşün keçiriləcəyi tarixin alternativi yoxdur.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüşdə Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ-dan qəti təminat tələb edəcək. O bildirib ki, Rusiyanın təhlükəsizliyinə təminatla bağlı təkliflərinə Avropa İttifaqı ilə NATO-nun vahid mövqeyi yoxdur.
XİN sözçüsü qeyd edib ki, Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edəcəklər.
Son xəbərlər
17:00
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı proqramlarına dəyişiklik edilib
Digər16:58
Azərbaycan və Sloveniyanın maliyyə nazirlikləri Anlaşma Memorandumu imzalaya bilər
Maliyyə16:57
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvandadır
Region16:57
Azərbaycan Türkiyədən maşın hissələri və komponentləri idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb
Biznes16:56
Azərbaycan WB və IMF-in İllik Toplantılarına ev sahibliyi etməklə bağlı növbəti mərhələyə keçirilib
Maliyyə16:52
Azərbaycanla Latviya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
Sağlamlıq16:51
"Barselona"nın prezidenti vəzifəsindən istefa verib
Futbol16:51
Tahir Budaqov Nəsimi Rayon icra başçısı təyin edilib
Daxili siyasət16:50