ABŞ-ın vitse-prezidenti Donald Trampın tezliklə Rusiyaya qarşı yeni sanksiyalar imzalayacağını açıqlayıb

ABŞ-ın vitse-prezidenti Donald Trampın tezliklə Rusiyaya qarşı yeni sanksiyalar imzalayacağını açıqlayıb Mayk Pens: "ABŞ Rusiya ilə əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibət qurulmasının tərəfdarıdır"
Region
1 Avqust , 2017 12:29
ABŞ-ın vitse-prezidenti Donald Trampın tezliklə Rusiyaya qarşı yeni sanksiyalar imzalayacağını açıqlayıb

Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp yaxın zamanlarda Rusiya, İran və KXDR-ə qarşı yeni sanksiyaların tətbiq olunmasına dair qanun layihəsi imzalamaq niyyətindədir. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Prezident Donald Tramp çox yaxın zamanda Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsi üzrə yeni sənədi imzalayacaq", - M.Pens vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Rusiya ilə əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibət qurulmasının tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi