Bakı. 29 sentyabr. REPORT.AZ/ Naməlum şəxslər ABŞ-ın Özbəkistan paytaxtı Daşkənddəki səfirliyinin binasına yandırıcı maddə olan əldədüzəltmə iki qurğu atıblar.
"Report" xəbər verir ki, bu haqda Özbəkistan KİV-i məlumat yayıb.
Xəbərə görə, qurğulardan biri partlasa da, hadisə nəticəsində xəsarət alan olmayıb.
Səfirlik fəaliyyətini davam etdirir. Diplomatik missiyanın binasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisə yerində araşdırma aparılır.