Bakı. 23 avqust. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Ceyms Mettis avqustun 23-də Türkiyəyə rəsmi səfər edib.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurettin Canikli, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Görüşlər çərçivəsində terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”nin fəaliyyəti, ABŞ-ın bu qruplaşmaya verdiyi dəstək, İraqın şimalında kürd muxtariyyətinin keçirmək niyyətində olduğu referendum, Türkiyənin Rusiyadan almağı planlaşdırdığı “S-400” hava hücumundan müdafiə sistemi, Suriyanın gələcəyi və başqa məsələlərin müzakirə olunacağı nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 22-də Ceyms Mettis əvvəlcədən elan edilmədən İraqa səfər edib.