ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
Region
25 Sentyabr , 2019 17:02
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sanksiyalar neft sənayesindən "China Concord Petroleum" şirkətinə və "Cosco Shipping Tanker" gəmiçilik şirkətinə qarşı tətbiq olunub. Məhdudiyyətlər həmçinin Nazirliyin bildirdiyinə görə, Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş "Kunlun Holding Company"yə şamil olunur.

Xatırladaq ki, sentyabrın 20-də ABŞ İran Milli Bankına qarşı sanksiyalar tətbiq edib. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bankın İran hakimiyyəti üçün son vəsait mənbəyi olduğunu söyləyib.

İran Milli Bankı 2016-cı ildə, təxminən, 80 milyard dollar dəyərində aktivləri olan və İran daxilində 3000 filialı fəaliyyət göstərən ölkənin ən böyük kommersiya maliyyə qurumudur.

Son xəbərlər

Orphus sistemi