ABŞ Dövlət Departamenti: Gürcüstanda milli azlıqlar dövlət səviyyəsində qərarların qəbulunda iştirak etmirlər

ABŞ Dövlət Departamenti: Gürcüstanda milli azlıqlar dövlət səviyyəsində qərarların qəbulunda iştirak etmirlər “Ötən il Gürcüstanda milli azlıq icmalarına qarşı diskriminasiya halları qeydə alınıb”.
Region
14 Mart , 2019 16:07
ABŞ Dövlət Departamenti: Gürcüstanda milli azlıqlar dövlət səviyyəsində qərarların qəbulunda iştirak etmirlər

“Ötən il Gürcüstanda milli azlıq icmalarına qarşı diskriminasiya halları qeydə alınıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanla bağlı insan haqları üzrə illik hesabatında bildirilib.

Sənədə əsasən, 2018-ci ildə Gürcüstanın Ombudsman Aparatına milli və etnik mənsubiyyətə görə ayrı-seçkiliklə bağlı 9 şikayət daxil olub: “Milli azlıqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli QHT-lər bildiriblər ki, şikayətlər etnik azlıqların hüquqları barədə məlumatlı olmamaları və buna görə onların dövlət orqanlarını tənqid etmələri ilə bağlı olub”.

Hesabatda qeyd olunub ki, noyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanda milli, irqi və etnik zəmində cinayət törədən 5 nəfər saxlanılıb. Həmçinin yerli mediada milli azlıqlara münasibətdə nifrət zəminində çıxışlar da yer alıb.

Sənəddə Gürcüstanda milli azlıqların inteqrasiyası istiqamətində mövcud olan problemlərə də yer ayrılıb: “Gürcü dilinin zəif bilinməsi etnik azlıqların hərtərəfli inteqrasiyası üçün əsas maneə olaraq qalır. Gürcüstan Ombudsman Aparatından bildirilib ki, milli azlıqların dövlət səviyyəsində qərar qəbul olunması prosesinə cəlb olunması problem olaraq qalır və bu da mərkəzi hakimiyyətdə etnik azlıq nümayəndələrinin sayının az olması ilə bağlıdır”.

Hesabatda Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun ötən ilin iyununda qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılması və iş üzrə məhkəmə prosesinə də toxunulub. 

Son xəbərlər

Orphus sistemi