​ABŞ Gürcüstana daha 20 milyon dollar hərbi yardım edəcək

​ABŞ Gürcüstana daha 20 milyon dollar hərbi yardım edəcək Pentaqon başçısı deyib ki, Gürcüstan-NATO Komissiyası formatında əməkdaşlığı dəstəkləyirlər
Region
19 Avqust , 2015 10:37
​ABŞ Gürcüstana daha 20 milyon dollar hərbi yardım edəcək

Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ 2015-ci ilin sonunadək Gürcüstana daha 20 milyon dollar məbləğində hərbi yardım edəcək.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

Onun sözlərinə görə, Tbilisiyə yardım "Müttəfiqlərin güclənməsinə təminat" proqramı çərçivəsində ediləcək. 

ABŞ-ın müdafiə naziri Eşton Karter ötən gün  gürcüstanlı həmkarı Tinatin Xidaşelini qəbul edib.

Pentaqon rəsmisi deyib ki, Eşton Karter ABŞ-ın Gürücüstanla əməkdaşlığı davam etdirmək, habelə hər il ikitərəfli və çoxtərəfli təlimləri keçirmək niyyətndə olduqlarını təsdiqləyib.

Onun sözlərinə görə, Pentaqonun başçısı Tbilisi ilə Gürcüstan-NATO Komissiyası formatında əməkdaşlığın inkişaf etdirilməsi kursunu dəstəklədiklərini də vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi