Zəngilanın işğal olunmasının 22-ci ildönümü münasibəti ilə tədbir keçirilib

Zəngilanın işğal olunmasının 22-ci ildönümü münasibəti ilə tədbir keçirilib Tədbir çərçivəsində Şəhidlər xiyabanı ziyarət olunub
Qarabağ
108
29 Oktyabr , 2015 12:18
Zəngilanın işğal olunmasının 22-ci ildönümü münasibəti ilə tədbir keçirilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 22-ci ildönümü münasibəti ilə tədbir keçirilib. “Report”un xəbərinə görə, Zəngilan ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında toplanıblar. Tədbir çərçivəsində Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub. Daha sonra Zəngilanından rayonundan şəhid olanların məzarları ziyarət olunub, onların məzarına gül qoyulub.

Zəngilanlılar qarşısında çıxış edən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Həsənov bildirib ki, doğma yurda dönəcəyimiz gün yaxındadır: “Buna görə də, biz zəngilanlılar Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik, onun siyasətini dəstəkləyirik. İnanırıq ki, bu uğurlu siyasətin nəticəsində biz doğma Zəngilanımıza qayıdacağıq, orada abadlıq-quruculuq işləri ilə məşğul olacağıq, yeni iş yerləri yaradacağıq. Bununla bağlı artıq bir çox planlar da hazırlanıb. Zəngilana qayıdış günü uzaqda deyil”.

Son xəbərlər

Orphus sistemi